18 mart 2026. Çərşənbə

"Arsenal" bizə güclü təzyiq göstərirdi, lakin..."


"Arsenal" bizə güclü təzyiq göstərirdi, lakin..."

“Bayer”in baş məşqçisi Kasper Yulmann UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda “Arsenal” klubu ilə keçirilən görüşdən sonra fikirlərini bölüşüb.  

90deqiqe.Az xəbər verir ki, çalışdırıcı bu barədə UEFA-nın mətbuat xidmətinə açıqlamasında danışıb.

“Birinci hissədə hücumların qurulmasında həddən artıq çox səhvə yol verdik. ‘Arsenal’ bizə güclü təzyiq göstərirdi, lakin bir neçə standart vəziyyət istisna olmaqla, rəqibə elə də çox imkan vermədik. Daha sonra isə Eze möhtəşəm qol vurdu. Düşünürəm ki, bu mövsüm əldə etdiklərimizlə fəxr edə bilərik. Biz özümüzlə Avropanın ən güclü komandaları arasındakı fərqi görürük və bu səviyyəyə çatmağa çalışırıq. Geri qayıdıb yenidən mübarizə aparmağa cəhd edəcəyik. Bu, bizim əsas məqsədimizdir”

Qeyd edək ki, sözügedən qarşılaşmada 2:0 hesabı ilə qalib gələn “topçular” turnirin dörddəbir finalına yüksəliblər.







Çempionlar liqası

"Bu, mövsümün ən yaxşı səviyyəmizdir"
  • Çempionlar liqası
  • 12:48 18.03.2026
"Bu, mövsümün ən yaxşı səviyyəmizdir"
“Biz futbol oynamadıq"
  • Çempionlar liqası
  • 12:06 18.03.2026
“Biz futbol oynamadıq"
Kilian Mbappe geri döndü
  • Çempionlar liqası
  • 02:10 18.03.2026
Kilian Mbappe geri döndü