18 mart 2026. Çərşənbə

"Bu, mövsümün ən yaxşı səviyyəmizdir"


"Bu, mövsümün ən yaxşı səviyyəmizdir"

“Arsenal”ın baş məşqçisi Mikel Arteta 2025/2026 mövsümü UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda “Bayer”lə keçirilən görüşü şərh edib. 

90deqiqe.Az xəbər verir ki, ispan çalışdırıcı bu barədə UEFA-nın mətbuat xidmətinə açıqlamasında danışıb.

“Komanda özünü möhtəşəm tərəfdən göstərdi. Oyuna çox yaxşı başladıq, tam üstünlük qurduq və çoxlu qol vəziyyətləri yaratdıq. Birinci hissədə onların qapıçısı uzun müddət komandasını oyunda saxladı. Həm fərdi, həm də komanda şəklində çox yaxşı çıxış etdik. Bu, cari mövsümdə göstərdiyimiz ən yüksək səviyyədir”

Qeyd edək ki, komandalar “Emireyts” stadionunda üz-üzə gəliblər. Qarşılaşmada İngiltərə təmsilçisi 2:0 hesabı ilə qalib gəlib.1/4 final mərhələsində “Arsenal” klubu Lissabonun “Sportinq” komandası ilə qarşılaşacaq.







Çempionlar liqası

"Bu, mövsümün ən yaxşı səviyyəmizdir"
  • Çempionlar liqası
  • 12:48 18.03.2026
"Bu, mövsümün ən yaxşı səviyyəmizdir"
“Biz futbol oynamadıq"
  • Çempionlar liqası
  • 12:06 18.03.2026
“Biz futbol oynamadıq"
Kilian Mbappe geri döndü
  • Çempionlar liqası
  • 02:10 18.03.2026
Kilian Mbappe geri döndü