27 sentyabr 2026. Bazar günü

Gürcü futbolçu Avropanın nüfuzlu turnirində milli rekord müəyyənləşdirib


Gürcü futbolçu Avropanın nüfuzlu turnirində milli rekord müəyyənləşdirib

PSJ-nin cinah oyunçusu Xviça Kvaratsxeliya UEFA Çempionlar Liqasının 2025/2026 mövsümündə tarixi nailiyyətə imza atıb.

90deqiqe.Az xəbər verir ki, gürcü futbolçu 1/8 final mərhələsində “Çelsi”yə qarşı keçirilən oyunlarda (5:2, 3:0) üç dəfə fərqlənərək turnirdəki qol sayını 12-yə çatdırıb. Bununla da o, Çempionlar Liqası tarixində iki rəqəmli qol həddini keçən ilk gürcü futbolçu olub. Kvaratsxeliyanın bu turnirdə keçirdiyi 37 oyunda vurduğu 12 qolun 10-u “PSJ”, ikisi isə “Napoli”nin heyətində qeydə alınıb.

Bununla yanaşı, o, ölkəsinin əvvəlki rekordunu da geridə qoyub. Belə ki, daha əvvəl Kaxa Kaladze, Levan Kobiaşvili və Georgi Demetradze Çempionlar Liqasında maksimum üç qolla yadda qalmışdılar.

Qeyd edək ki, 25 yaşlı futbolçu cari mövsümdə bütün turnirlərdə 36 oyuna çıxıb, 12 qol vurub və 7 məhsuldar ötürmə edib.

 







Çempionlar liqası

 “Modriç, Kazemiro və Kroos olsaydı...”
  • Çempionlar liqası
  • 23:38 11.09.2026
“Modriç, Kazemiro və Kroos olsaydı...”
“Slaviya” evdə “Lans”a uduzdu
  • Çempionlar liqası
  • 01:17 11.09.2026
“Slaviya” evdə “Lans”a uduzdu