15 aprel 2026. Çərşənbə

"Bu səviyyədə fərdi səhvlər rəqib oyunçular tərəfindən cəzalandırılır”


"Bu səviyyədə fərdi səhvlər rəqib oyunçular tərəfindən cəzalandırılır”

“Çelsi”nin baş məşqçisi Liam Rosenyor UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda PSJ ilə keçirilən görüşü şərh edib.  

90deqiqe.Az xəbər verir ki, mütəxəssis bu barədə UEFA-nın mətbuat xidmətinə açıqlamasında danışıb.

“Çətin axşam oldu. Qarşıda asan olmayan vəzifə olduğunu bilirdik, amma oyuna çox yaxşı başladıq. Rəqibin cərimə meydançasında topu yaxşı saxlayırdıq, lakin nəticədə Barkola 23 metrdən üst qola fərqləndi. Bu, PSJ-yə inam verdi. Birinci oyundan sonra üç qolla geri qalanda hər şeyin sənin xeyrinə getməsi lazımdır. Yaxşı başlamaq vacibdir, amma əksinə oldu. Səhv etdik və bu səviyyədə fərdi səhvlər rəqib oyunçular tərəfindən cəzalandırılır”

Qeyd edək ki, matç Paris klubunun 3:0 hesablı qələbəsi ilə başa çatıb.1/4 final mərhələsində PSJ “Liverpul” – “Qalatasaray” cütünün qalibi ilə qarşılaşacaq.







Çempionlar liqası

Simeone Yamal barədə ironik açıqlama verib
  • Çempionlar liqası
  • 23:02 14.04.2026
Simeone Yamal barədə ironik açıqlama verib
Noyer Mbappe və Vinisius barədə danışdı
  • Çempionlar liqası
  • 21:26 14.04.2026
Noyer Mbappe və Vinisius barədə danışdı
"Komandam inanılmaz işlər görür"
  • Çempionlar liqası
  • 21:21 14.04.2026
"Komandam inanılmaz işlər görür"
Arne Slot Salahı yenə ehtiyatda saxlayacaq
  • Çempionlar liqası
  • 21:05 14.04.2026
Arne Slot Salahı yenə ehtiyatda saxlayacaq