19 mart 2026. Cümə axşamı

“Barselona” “Nyukasl”ı darmadağın edərək 1/4 finala yüksəlib


“Barselona” “Nyukasl”ı darmadağın edərək 1/4 finala yüksəlib

UEFA Çempionlar Liqasının 2025/2026 mövsümünün 1/8 finalının cavab görüşündə “Barselona” və “Nyukasl” komandaları “Spotify Kamp Nou” stadionunda qarşılaşıb.

90deqiqe.Az-ın məlumatına görə, görüş katalonların 7:2 hesablı qələbəsi ilə başa çatıb. 

Hesabı Rafinya açıb, qonaqların hücumçusu Antoni Elanqa 15-ci dəqiqədə hesabı bərabərləşdirib. Daha sonra Mark Bernal “Barselona”nı irəli çıxarıb. Ronald Arauxo 22-ci dəqiqədə zədələnmiş Erik Qarsiyanı əvəzləyib. Elanqa 28-ci dəqiqədə ikinci qolunu vurub, 45+7-ci dəqiqədə Lamin Yamal penaltiyi icra edərək hesabı 3:2-yə gətirib.

İkinci yarıda Fermin Lopes 52-ci dəqiqədə dördüncü, Robert Levandovski 56 və 61-ci dəqiqələrdə beşinci və altıncı qolları vurub. Rafinya 72-ci dəqiqədə yeddinci qolunu vurub. Əsas qapıçı Joana Qarsiya 82-ci dəqiqədə zədələndiyi üçün Voytsex Şçesni ilə əvəzlənib.

İlk oyun 1:1 hesabı ilə başa çatmışdı. Beləliklə, “Barselona” ümumi hesabla 8:3 üstünlük qazanaraq 1/4 finala yüksəlib. Play-off mərhələsində “Nyukasl” iki oyunun cəmində “Qarabağ” üzərində 9:3 hesablı qələbə qazanmışdı. Ümumi mərhələnin sonunda “Barselona” 16 xal toplayaraq beşinci yeri tutub.







Çempionlar liqası

Levandovski Messini geridə qoydu
  • Çempionlar liqası
  • 23:51 18.03.2026
Levandovski Messini geridə qoydu
"Bu, mövsümün ən yaxşı səviyyəmizdir"
  • Çempionlar liqası
  • 12:48 18.03.2026
"Bu, mövsümün ən yaxşı səviyyəmizdir"
“Biz futbol oynamadıq"
  • Çempionlar liqası
  • 12:06 18.03.2026
“Biz futbol oynamadıq"
Kilian Mbappe geri döndü
  • Çempionlar liqası
  • 02:10 18.03.2026
Kilian Mbappe geri döndü