30 sentyabr 2026. Çərşənbə

Levandovski Messini geridə qoydu


Levandovski Messini geridə qoydu

“Barselona”nın hücumçusu Robert Levandovski UEFA Çempionlar Liqasının 1/8 finalının cavab görüşündə “Nyukasl”ı iki dəfə məyus edib.

90deqiqe.Az-ın məlumatına görə, 37 yaşlı futbolçu 56 və 61-ci dəqiqələrdə fərqlənib, 66-cı dəqiqədə əvəzlənib.

Bu qollar Levandovskinin Çempionlar Liqasında fərqləndiyi rəqiblərin sayını 41-ə çatdırıb və turnirin yeni rekordu müəyyənləşib. Beləliklə, o, Lionel Messini (40) geridə qoyub, üçüncü yerdə Kriştiano Ronaldo (38) qərarlaşıb.

Robert Levandovski 2022-ci ildən “Barselona”nın heyətində çıxış edir, əvvəlki komandaları “Bavariya” və “Borussiya Dortmund” olub. Hansi-Diter Flikin rəhbərlik etdiyi katalon komandası “Kamp Nou”da “Nyukasl” üzərində 7:2 hesablı qələbə qazanıb.







Çempionlar liqası

 “Modriç, Kazemiro və Kroos olsaydı...”
  • Çempionlar liqası
  • 23:38 11.09.2026
“Modriç, Kazemiro və Kroos olsaydı...”