3 may 2026. Bazar günü

“Bavariya” “Atalanta”nı böyük hesabla məğlub edərək Çempionlar Liqasının 1/4 finalına yüksəlib


“Bavariya” “Atalanta”nı böyük hesabla məğlub edərək Çempionlar Liqasının 1/4 finalına yüksəlib

"Bavariya" (Almaniya) və "Atalanta" (İtaliya) komandalarının qarşılaşdığı 2025/2026 mövsümünün Çempionlar Liqasının 1/8 finalının ikinci oyunu başa çatıb.

90deqiqe.Az-ın məlumatına görə, sözügedən komandalar “Arena Münhen” stadionunda üz-üzə gəlib. Görüş almanların 4:1 hesablı qələbəsi ilə başa çatıb.

Hesabı 25-ci dəqiqədə Harri Keyn açıb, 54-cü dəqiqədə isə ikinci qolunu vuraraq dubla imza atıb. 56-cı dəqiqədə Lenart Karl “Atalanta” qapısından üçüncü qolu keçirib, 70-ci dəqiqədə Luis Dias dördüncü qolu vurub. 85-ci dəqiqədə Lazar Samardjiç fərqi azaltmaq üçün fərqlənib.

Qeyd edək ki, ilk oyunda “Bavariya” “Atalanta” üzərində 6:1 hesablı qələbə qazanmışdı. Play-off mərhələsində isə “Atalanta” iki oyunun cəmində “Borussiya Dortmund” üzərində 4:3 hesablı qələbə qazanmışdı. Ümumi mərhələnin sonunda “Bavariya” 21 xal toplayaraq ikinci yeri tutub.







Çempionlar liqası

Alvares Messini geridə qoydu
  • Çempionlar liqası
  • 01:09 30.04.2026
Alvares Messini geridə qoydu
Şevalye “Bavariya” ilə oyunu buraxacaq
  • Çempionlar liqası
  • 22:24 29.04.2026
Şevalye “Bavariya” ilə oyunu buraxacaq
Könül Mehdiyeva UEFA-dan növbəti təyinat aldı
  • Çempionlar liqası
  • 15:51 29.04.2026
Könül Mehdiyeva UEFA-dan növbəti təyinat aldı