- Çempionlar liqası
- 02:25 19.03.2026
2025/2026 mövsümü üzrə UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda İngiltərənin “Tottenhem” və İspaniyanın “Atletiko” (Madrid) komandaları üz-üzə gəlib.
90deqiqe.Az-ın məlumatına görə, Londondakı “Tottenhem Hotspur” stadionunda keçirilən qarşılaşma meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə başa çatıb. Görüşün baş hakimi Almaniyanın Berlin şəhərindən olan Daniel Zibert olub.
Matçda hesab 30-cu dəqiqədə açılıb. Randal Kolo Muani fərqlənərək London təmsilçisini önə keçirib. 47-ci dəqiqədə Xulian Alvares qonaq komandanın bərabərlik qolunu vurub. 52-ci dəqiqədə Xavi Simons “Tottenhem”i yenidən hesabda irəli çıxarıb. 75-ci dəqiqədə David Qantsko tarazlığı bərpa edib. Oyunun 90-cı dəqiqəsində isə Simons penaltidən dəqiq yararlanaraq dubl edib və komandasına qələbə qazandırıb.
Tərəflər arasında ilk oyunda “Atletiko” rəqibini 5:2 hesabı ilə məğlub etmişdi.
Növbəti mərhələdə Madrid təmsilçisi “Barselona” ilə qarşılaşacaq.
Qeyd edək ki, “Atletiko” pley-off mərhələsində iki oyunun nəticəsinə görə “Brügge”ni 7:4 hesabı ilə üstələmişdi. Ümumi mərhələnin yekununda isə “Tottenhem” 17 xal toplayaraq dördüncü pillədə qərarlaşıb.
Cari mövsümün final oyunu Budapeştdə yerləşən “Puşkaş Arena”da keçiriləcək. Həlledici qarşılaşma 30 may 2026-cı il tarixinə planlaşdırılıb.