- Çempionlar liqası
- 02:25 19.03.2026
2025/2026 mövsümü üzrə UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda İngiltərənin “Liverpul” və Türkiyənin “Qalatasaray” komandaları üz-üzə gəlib.
90deqiqe.Az-ın məlumatına görə, Liverpul şəhərində yerləşən “Enfild” stadionunda keçirilən qarşılaşma meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Hesab 25-ci dəqiqədə açılıb. “Liverpul”un yarımmüdafiəçisi Dominik Soboslai fərqlənərək komandasını önə keçirib. 45+4-cü dəqiqədə Məhəmməd Salah penaltini dəqiq yerinə yetirə bilməyib. 51-ci dəqiqədə hücumçu Uqo Ekitike meydan sahiblərinin üstünlüyünü artırıb. Cəmi iki dəqiqə sonra – 53-cü dəqiqədə Rayan Qravenberx üçüncü qolu vurub. 62-ci dəqiqədə isə Salah komandasının dördüncü qoluna imza atıb.
Tərəflər arasında ilk oyunda Türkiyə təmsilçisi 1:0 hesablı qələbə qazanmışdı.
Qeyd edək ki, “Qalatasaray” pley-off mərhələsində iki oyunun nəticəsinə əsasən “Yuventus”u 7:5 hesabı ilə üstələmişdi. Ümumi mərhələdə isə mersisaydlılar 18 xal toplayaraq üçüncü pillədə qərarlaşıb.
Cari mövsümün final oyunu Budapeştdə yerləşən “Puşkaş Arena”da keçiriləcək. Həlledici qarşılaşma 30 may 2026-cı il tarixinə təyin olunub.