19 mart 2026. Cümə axşamı

UEFA Çempionlar Liqasında 1/4 finalçı komandalar məlum oldu


UEFA Çempionlar Liqasında 1/4 finalçı komandalar məlum oldu

Bu gün UEFA Çempionlar Liqasının 2025/2026 mövsümü üzrə 1/4 final mərhələsinin bütün iştirakçıları müəyyənləşib.

90deqiqe.Az-ın məlumatına görə, “Barselona” 1/8 finalın cavab oyununda “Nyukasl”ı 7:2 hesabı ilə darmadağın edərək növbəti mərhələyə yüksəlib. “Liverpul” isə ilk oyundakı 0:1 hesablı məğlubiyyətin əvəzini çıxaraq “Qalatasaray”ı 4:0 hesabı ilə məğlub edib.

“Atletiko” iki oyunun nəticəsinə əsasən “Tottenhem”dən güclü olub (5:2, 2:3). “Bavariya” isə “Atalanta” üzərində inamlı qələbələrlə (6:1, 4:1) turnirin ən güclü səkkiz komandası sırasına daxil olub.

Bundan əvvəl keçirilən oyun günündə “Real”, “Sportinq”, “Arsenal” və PSJ də 1/4 finala vəsiqə qazanmışdı.

Çempionlar Liqasının 1/4 final mərhələsinin cütləri:

“Sportinq” — “Arsenal”
“Real” — “Bavariya”
PSJ — “Liverpul”
“Barselona” — “Atletiko”

Qeyd edək ki, 1/4 final mərhələsinin ilk oyunları aprelin 7-də keçiriləcək.







Çempionlar liqası

Levandovski Messini geridə qoydu
  • Çempionlar liqası
  • 23:51 18.03.2026
Levandovski Messini geridə qoydu