- Çempionlar liqası
- 02:25 19.03.2026
“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasının 1/8 final cavab oyununda “Atalanta”ya qarşı 4:1 hesablı qələbədə iki qol vuraraq komandası üçün əhəmiyyətli qələbəni təmin edib.
90deqiqe.Az-ın məlumatına görə, beləliklə, ingiltərəli futbolçu bu turnirdə 66 oyunda vurduğu qolların sayını 50-yə çatdırıb.
Keyn bu nəticə ilə Avropanın ən məhsuldar futbolçuları siyahısında mühüm irəliləyiş əldə edib. O, Andrey Şevçenkonu və Zlatan İbrahimoviçi (hər biri 48 qol) keçərək, Alfredo Di Stefanonu da (49 qol) geridə qoyub.
Hazırda Keyn 50 qol ilə "Liverpul"un misirli hücumçusu Məhəmməd Salah və fransalı futbolçu Tyeri Anri ilə birlikdə turnirin bombardirlər siyahısında 10-cu pilləni bölüşür. Siyahının lideri isə 140 qolla Kriştianu Ronaldudur. O, Avropada “Sportinq”, “Mançester Yunayted”, “Real” və “Yuventus” komandalarında çıxış edib.