27 sentyabr 2026. Bazar günü

Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu bəlli oldu


Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu bəlli oldu

Çempionlar Liqasında həftənin oyunçusu səsverməsinin nəticələri açıqlanıb.

90deqiqe.Az-ın məlumatına görə, mükafata “Barselona”nın hücumçusu Rafinya layiq görülüb.

Braziliyalı futbolçu 1/8 final mərhələsində İngiltərənin “Nyukasl” klubuna qarşı oyunda “qol + məhsuldar ötürmə” göstəricisi üzrə 4 xal toplayıb. O, həmin görüşdə 2 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Məlum olduğu kimi, “göy-qırmızılar” bu qarşılaşmada 7:2 hesablı inamlı qələbə qazanaraq 1/4 finala yüksəlib. Komanda növbəti mərhələdə Madrid “Atletiko”su ilə üz-üzə gələcək.

Cari mövsümdə 29 yaşlı cinah oyunçusu bütün turnirlərdə 30 oyunda iştirak edib, 19 qol vurub və 8 məhsuldar ötürmə edib.







Çempionlar liqası

 “Modriç, Kazemiro və Kroos olsaydı...”
  • Çempionlar liqası
  • 23:38 11.09.2026
“Modriç, Kazemiro və Kroos olsaydı...”
“Slaviya” evdə “Lans”a uduzdu
  • Çempionlar liqası
  • 01:17 11.09.2026
“Slaviya” evdə “Lans”a uduzdu