- Çempionlar liqası
- 12:29 20.03.2026
"Arsenal" klubunun sabiq futbolçusu Tyerri Anri Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda İspaniyanın "Barselona" komandasının İngiltərənin "Nyukasl" üzərində qazandığı böyükhesablı qələbəni şərh edib.
90deqiqe.Az xəbər verir ki,fransalı keçmiş hücumçu Kataloniya təmsilçisinin çıxışını yüksək qiymətləndirib:
“Barselona", sizi təbrik edirəm. Avropa təhlükəni hiss edir. Kataloniyalılar sadəcə qələbə qazanmadı, əsl futbol zəlzələsi yaratdı. Bu oyun tarixə düşəcək. Belə oynayan “Barselona” hər şeyə qadirdir. Möhtəşəm komandadır”.
Xatırladaq ki, “göy-qırmızılar” rəqibini 7:2 hesabı ilə məğlub edib.
Dörddəbir final mərhələsində “Barselona” "Atletiko Madrid" komandası ilə qarşılaşacaq.