15 aprel 2026. Çərşənbə

“Qalatasaray” Noa Langın zədəsi ilə bağlı “Liverpul”a qarşı məhkəməyə müraciət edəcək


“Qalatasaray” Noa Langın zədəsi ilə bağlı “Liverpul”a qarşı məhkəməyə müraciət edəcək

Türkiyənin "Qalatasaray" klubunun baş direktoru Eray Yazqan Çempionlar Liqasında "Liverpul"a 4-0 hesabı ilə uduzduqları oyunda yarımmüdafiəçi Noah Lanqın zədələnməsindən sonra klubun "Liverpul"u məhkəməyə vermək niyyətində olduğunu açıqlayıb.

90deqiqe.Az xəbər verir ki, "HT Spor" Yazqanın dediklərini belə çatdırıb.

"Oyundan sonra UEFA nümayəndələrinə şikayət etdik. Onlar araşdırma apardılar. UEFA vəziyyəti qiymətləndirəcək. Vəkillərimizlə məsləhətləşirik. UEFA-ya kompensasiya tələbi ilə müraciət edəcəyik və əmək haqqı ödənişləri ilə bağlı maliyyə çətinliklərinin nəzərə alınmasını tələb edəcəyik.

Tələblərimiz yerinə yetirilməsə, məhkəməyə müraciət edə bilərik. Mütləq prioritetimiz oyunçuların sağlamlığıdır... Pul ikinci dərəcəlidir. Bundan əlavə, bu məsələdə məsul olanları məsuliyyətə cəlb edəcəyik"

Qeyd edək ki, 75-ci dəqiqədə Lang reklam lövhəsinə çırpılıb və barmağını zədələyib. Futbolçuda qanaxma baş verib və bir müddət meydançada qalıb. Daha sonra o, nosilkalarda meydandan çıxarılıb. Həkimlər Langda barmağın fəsadlı şəkildə qismən qopmuş falanqası olduğunu və əməliyyatın qaçılmaz olduğunu bildiriblər.







Çempionlar liqası

Simeone Yamal barədə ironik açıqlama verib
  • Çempionlar liqası
  • 23:02 14.04.2026
Simeone Yamal barədə ironik açıqlama verib
Noyer Mbappe və Vinisius barədə danışdı
  • Çempionlar liqası
  • 21:26 14.04.2026
Noyer Mbappe və Vinisius barədə danışdı
"Komandam inanılmaz işlər görür"
  • Çempionlar liqası
  • 21:21 14.04.2026
"Komandam inanılmaz işlər görür"
Arne Slot Salahı yenə ehtiyatda saxlayacaq
  • Çempionlar liqası
  • 21:05 14.04.2026
Arne Slot Salahı yenə ehtiyatda saxlayacaq