21 mart 2026. Şənbə

"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"


"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"

İngiltərənin "Arsenal" klubunun qapıçısı David Raya hazırda dünyanın ən yaxşı qapıçısı ilə bağlı fikirlərini bölüşüb.

90deqiqe.Az xəbər verir ki, "Sky Sports" 30 yaşlı qolkiperin dediklərini belə çatdırıb.

“Kurtua dünyanın ən yaxşı qapıçısıdır. O, ‘Real’da daim ən yüksək səviyyədə çıxış edir. Məsələn, yaxın günlərdə ‘Mançester Siti’yə qarşı oyunda bunu bir daha göstərdi. O, çox etibarlıdır”.

Qeyd edək ki, “Real” Çempionlar Liqasında 1/4 finala yüksəlib və bu mərhələdə "Bavariya" ilə qarşılaşacaq. Lakin Kurtua zədə səbəbindən bu oyunlarda iştirak etməyəcək.

“Arsenal” isə həmin mərhələdə "Sportinq" ilə üz-üzə gələcək və ispaniyalı qolkiper bu oyunlarda əsas qapıçı kimi çıxış edəcək.







Çempionlar liqası

"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
  • Çempionlar liqası
  • 23:48 20.03.2026
"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
“Barselona” Avropanı qorxuya saldı"
  • Çempionlar liqası
  • 12:29 20.03.2026
“Barselona” Avropanı qorxuya saldı"