14 avqust 2026. Cümə

“Barselona” “Real”ı darmadağın etdi


“Barselona” “Real”ı darmadağın etdi

Qadınlar Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyununda “Barselona” və “Real” komandaları üz-üzə gəlib.

90deqiqe.Az xəbər verir ki, “Spotify Kamp Nou” stadionunda keçirilən oyunda meydan sahibləri 6:0 hesabı ilə qələbə qazanıblar.

Görüşün hesabını 8-ci dəqiqədə “Barselona”nın yarımmüdafiəçisi Aleksiya Putelyas açıb. 15-ci dəqiqədə hücumçu Karolina Qrəm Hansen komandaya üstünlük gətirib. 27-ci dəqiqədə İren Paredes hesabı daha da artırıb, 34-cü dəqiqədə isə hücumçu Eva Payor dördüncü qolun müəllifi olub. İkinci yarıda, 55-ci dəqiqədə Karolina Qrəm Hansen dublla yadda qalıb, 74-cü dəqiqədə isə Esme Brugt final hesabını – 6:0 – müəyyən edib.

Qeyd edək ki, ilk görüşdə “Barselona” 6:2 hesabı ilə qalib gəlmişdi. Beləliklə, Madrid klubu turnirdən kənar qalıb, kataloniyalılar isə yarımfinal mərhələsində mübarizəni davam etdirəcəklər.







Çempionlar liqası

PSJ UEFA Super Kubokunun qalibi oldu
  • Çempionlar liqası
  • 00:58 13.08.2026
PSJ UEFA Super Kubokunun qalibi oldu