14 avqust 2026. Cümə

“Çempionlar Liqasını qazanmaq mənim üçün əsas motivasiyadır”


“Çempionlar Liqasını qazanmaq mənim üçün əsas motivasiyadır”

İspaniyanın “Atletiko” klubunun yarımmüdafiəçisi Markos Llorente futbolu davam etdirməyə onu nə motivasiya etdiyini açıqlayıb.

90deqiqe.Az xəbər verir ki, futbolçu bu barədə UEFA-nın mətbuat xidmətinə açıqlamasında danışıb.

“Bir neçə ay öncə xanımla oturub danışdıq ki, məni futbol oynamağa nə motivasiya edir. Mənim üçün ən vacib hədəflərdən biri Çempionlar Liqasını qazanmaqdır. Elə bu məqsəd hər səhər məni oyadır. Həyatda böyük hədəflər qoymaq lazımdır və bu, mənim üçün onlardan biridir. Bu, mənim əzmlə işləməyə davam etməyimə kömək edir.”

Qeyd edək ki, sabah, “Atletiko” və “Barselona” komandaları Çempionlar Liqasının kvartal finalının ilk oyununda qarşılaşacaqlar.







Çempionlar liqası

PSJ UEFA Super Kubokunun qalibi oldu
  • Çempionlar liqası
  • 00:58 13.08.2026
PSJ UEFA Super Kubokunun qalibi oldu