8 aprel 2026. Çərşənbə

"Cəmiyyətin sənin kimi insanlara ehtiyacı var"


"Cəmiyyətin sənin kimi insanlara ehtiyacı var"

Madrid “Atletiko”sunun baş məşqçisi Dieqo Simeone Çempionlar Liqasının dörddəbir final mərhələsində “Barselona”ya qarşı keçiriləcək ilk oyun ərəfəsində təşkil olunan mətbuat konfransında hücumçu Antuan Qrizmanna müraciət edib.

90deqiqe.Az xəbər verir ki, çalışdırıcı bu barədə UEFA-nın mətbuat xidmətinə açıqlamasında danışıb.

“Bütün suallara cavab verməzdən əvvəl, həm baş məşqçi, həm də “Atletiko” azarkeşi kimi bugünkü mətbuat konfransında Antuanla birlikdə iştirak edərək, onun əməyinə və təvazökarlığına görə təşəkkür etmək istəyirəm. Sən müasir gənclərin nümunə götürməli olduğu bir insansan, cəmiyyət belə insanlara ehtiyac duyur.

Bizim üçün etdiklərin və etməyə davam etdiklərin üçün təşəkkür edirəm. Səndən xahiş etdiyim hər şeyi yerinə yetirdiyinə görə sağ ol. Peşəkar və insan kimi davranışına, məşqçi ilə oyunçu münasibətləri ilə dostluq arasındakı incə xətti qoruduğuna görə minnətdaram. Mən səndə ilk növbədə futbolçu, sonra dost görürəm.

Çempionatda səkkiz oyun, İspaniya kubokunda bir qarşılaşma qalıb və inşallah, Çempionlar Liqasında daha beş oyun keçirəcəyik. İstəyirəm ki, bundan sonra da oyundan zövq alasan. Səni çox sevirəm. Bu gün burada hər hansı bir “Atletiko” azarkeşi olsaydı, o da eyni sözləri deyərdi. Mən onlarla tam həmrəyəm.

Mən sənin məşqçinəm və bilirsən ki, sabah çalışmasan, səni əvəz edəcəklər. Bağışla, sadəcə bu sözləri demək istədim”, – deyə Simeone bildirib.

35 yaşlı hücumçu mövsümün sonunda klubdan ayrılaraq ABŞ çempionatında çıxış edən “Orlando Siti”yə keçəcək.

Qeyd edək ki, komandalar arasında oyun aprelin 8-də keçiriləcək.







Çempionlar liqası

"Cəmiyyətin sənin kimi insanlara ehtiyacı var"
  • Çempionlar liqası
  • 23:34 07.04.2026
"Cəmiyyətin sənin kimi insanlara ehtiyacı var"
“Ev oyunlarının havası möhtəşəmdir”
  • Çempionlar liqası
  • 23:42 06.04.2026
“Ev oyunlarının havası möhtəşəmdir”
“Barselona” “Real”ı darmadağın etdi
  • Çempionlar liqası
  • 23:59 02.04.2026
“Barselona” “Real”ı darmadağın etdi
“Real Madrid" həmişə favoritdir”
  • Çempionlar liqası
  • 21:57 29.03.2026
“Real Madrid" həmişə favoritdir”
"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
  • Çempionlar liqası
  • 23:48 20.03.2026
"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
“Barselona” Avropanı qorxuya saldı"
  • Çempionlar liqası
  • 12:29 20.03.2026
“Barselona” Avropanı qorxuya saldı"