- Çempionlar liqası
- 01:07 08.04.2026
Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk oyunu keçirilib.
90deqiqe.Az xəbər verir ki, Madrid “Real”ı öz meydanında Almaniyanın “Bavariya” klubunu qəbul edib. “Santyaqo Bernabeu” stadionunda baş tutan qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Oyunda hesabı 41-ci dəqiqədə Luis Dias açıb. Fasilədən dərhal sonra, 46-cı dəqiqədə Harri Keyn fərqi iki topa çatdırıb. Matçın 74-cü dəqiqəsində Kilian Mbappe fərqi azaldaraq Madrid təmsilçisini ümidləndirib.
Qarşılaşmanı ingiltərəli hakim Maykl Oliver idarə edib.
Tərəflər arasında cavab oyunu aprelin 15-də Münhendə keçiriləcək.
Xatırladaq ki, “Real” 1/8 finalda “Mançester Siti”ni ümumi hesabda 5:1, “Bavariya” isə “Atalanta”nı 10:2 hesabı ilə mübarizədən kənarlaşdırıb.