- Çempionlar liqası
- 01:07 08.04.2026
Çempionlar Liqasında 2025/2026 mövsümünün 1/4 final mərhələsinin daha bir ilk oyunu keçirilib.
90deqiqe.Az xəbər verir ki, “Sportinq” klubu doğma meydanda “Arsenal” komandasını qəbul edib. “Joze Alvalade” stadionunda baş tutan qarşılaşma qonaqların minimal hesablı qələbəsi ilə yekunlaşıb – 0:1.
Oyunun 64-cü dəqiqəsində “Arsenal”ın yarımmüdafiəçisi Martin Subimendi hesabı açsa da, qol ofsayd səbəbilə qeydə alınmayıb. Matçın taleyi əlavə olunmuş vaxtda həll olunub. 90+1-ci dəqiqədə Kay Haverts fərqlənərək London təmsilçisinə qələbə qazandırıb.
Görüşü almaniyalı hakim Daniel Zibert idarə edib.
Komandalar arasında cavab oyunu aprelin 15-də Londonda “Emireyts” stadionunda keçiriləcək.
Qeyd edək ki, 1/8 final mərhələsində “Sportinq” Norveçin “Bude-Qlimt” klubunu iki oyunun nəticəsinə əsasən 3:0 və 5:0 hesabları ilə məğlub edib. “Arsenal” isə Almaniyanın “Bayer” komandasını (1:1, 2:0) üstələyərək növbəti mərhələyə yüksəlib.