- Çempionlar liqası
- 01:55 09.04.2026
UEFA Çempionlar Liqasının 2025/2026 mövsümünün dörddəbir final mərhələsinin ilk oyunu başa çatıb.
90deqiqe.Az xəbər verir ki, qarşılaşmada PSJ (Fransa) ilə "Liverpul" (İngiltərə) üz-üzə gəlib. Oyun Paris şəhərində yerləşən "Park de Prens" stadionunda keçirilib. Matçın baş hakimi ispaniyalı Xose Sançes Martines olub. Görüş Paris təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Hesabı oyunun 11-ci dəqiqəsində Paris klubunun hücumçusu Dezire Due açıb. Komandanın ikinci qolunu isə 65-ci dəqiqədə gürcü cinah oyunçusu Xviça Kvaratsxeliya vurub.
Qeyd edək ki, “Liverpul” ilə PSJ arasında cavab oyunu aprelin 14-də keçiriləcək. Qarşılaşma Liverpul şəhərində yerləşən Enfild stadionunda baş tutacaq.
Səkkizdəbir final mərhələsində Paris təmsilçisi iki oyunun nəticəsinə görə Çelsi klubunu 8:2 hesabı ilə məğlub edib. “Qırmızılar” isə eyni mərhələdə Qalatasaray üzərində iki oyunun cəminə görə 4:1 hesablı qələbə qazanıblar.