9 aprel 2026. Cümə axşamı

“Atletiko Madrid” səfərdə “Barselona”nı məğlub edib


“Atletiko Madrid” səfərdə “Barselona”nı məğlub edib

UEFA Çempionlar Liqasının 2025/2026 mövsümünün dörddəbir final mərhələsinin ilk oyunu keçirilib.

90deqiqe.Az xəbər verir ki, qarşılaşmada “Barselona” ilə “Atletiko Madrid” üz-üzə gəlib. Oyun Barselona şəhərində yerləşən "Kamp Nou" stadionunda baş tutub. Görüşün baş hakimi rumıniyalı İştvan Kovaç olub. Matç qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Görüşün 44-cü dəqiqəsində “Barselona”nın müdafiəçisi Pau Kubarsi qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb. Bundan bir dəqiqə sonra Madrid təmsilçisinin hücumçusu Xulian Alvares hesabı açıb. Oyunun 70-ci dəqiqəsində isə “Atletiko Madrid”in digər hücumçusu Aleksandr Sörlot fərqi iki topa çatdırıb.

“Atletiko Madrid” ilə “Barselona” arasında cavab oyunu aprelin 14-də keçiriləcək. Qarşılaşma Madrid şəhərində yerləşən Metropolitano stadionu stadionunda baş tutacaq.

Səkkizdəbir final mərhələsində Kataloniya təmsilçisi iki oyunun nəticəsinə görə “Nyukasl” klubunu 8:3 hesabı ilə məğlub edib. Madrid təmsilçisi isə eyni mərhələdə “Tottenhem” üzərində iki oyunun cəminə görə 7:5 hesablı qələbə qazanıb.







Çempionlar liqası

PSJ doğma meydanda "Liverpul"a qalib gəldi
  • Çempionlar liqası
  • 01:50 09.04.2026
PSJ doğma meydanda "Liverpul"a qalib gəldi
 “Real” doğma meydanda “Bavariya”ya uduzdu
  • Çempionlar liqası
  • 01:04 08.04.2026
“Real” doğma meydanda “Bavariya”ya uduzdu
"Cəmiyyətin sənin kimi insanlara ehtiyacı var"
  • Çempionlar liqası
  • 23:34 07.04.2026
"Cəmiyyətin sənin kimi insanlara ehtiyacı var"