14 avqust 2026. Cümə

“Barselona”nın dönüş planı - cavab matçında yeni taktika


“Barselona”nın dönüş planı  - cavab matçında yeni taktika

İspaniyanın“Barselona” klubu UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyununda doğma meydanda "Atletiko Madrid" kollektivinə 0:2 hesabı ilə məğlub olub.

90deqiqe.Az-ın məlumatına görə, bu nəticədən sonra kataloniyalıların yarımfinala yüksəlmək şansları azalsa da, baş məşqçi Hans-Diter Flikin rəhbərlik etdiyi komanda mübarizəni vaxtından əvvəl dayandırmaq niyyətində deyil.

Məlumata görə, cavab görüşündə “Barselona”nın yarımmüdafiənin mərkəzində Pedri və Frenki de Yonq tandeminə şans verəcəyi gözlənilir. Klub daha əvvəl niderlandlı futbolçunun cümə axşamı qismən ümumi məşqlərə qoşulduğunu açıqlayıb.

Təxminən iki aydır zədə səbəbindən meydanlardan uzaq qalan Frenki de Yonq artıq yaşıl meydanlara qayıtmağa yaxındır.

“Barselona” ilə “Atletiko” arasında cavab oyunu 14 aprel tarixində keçiriləcək.







Çempionlar liqası

PSJ UEFA Super Kubokunun qalibi oldu
  • Çempionlar liqası
  • 00:58 13.08.2026
PSJ UEFA Super Kubokunun qalibi oldu