10 aprel 2026. Cümə

“Barselona” bəyanat yaydı - klub hakimliklə bağlı UEFA-ya şikayət edib


“Barselona” bəyanat yaydı  - klub hakimliklə bağlı UEFA-ya şikayət edib

İspaniyanın "Barselona" klubu rəsmi saytında bəyanat yayıb.

90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, Kataloniya təmsilçisi UEFA Çempionlar Liqasında "Atletiko Madrid" klubuna 0:2 hesabı ilə məğlub olduqları oyundan sonra UEFA-ya rəsmi şikayət etdiklərini açıqlayıb.

Bəyanatda bildirilib ki, hakimlik mövcud qaydalara uyğun olmayıb və bu, birbaşa oyunun gedişinə və nəticəsinə təsir göstərib.

Şikayət matçın 54-cü dəqiqəsində baş verən epizodla bağlıdır. Belə ki, “Atletiko”nun futbolçusu qapıçıdan ötürmə zamanı topa əllə toxunub. “Barselona” hesab edir ki, hakim həmin epizodda penalti təyin etməli idi.

Klub məsələ ilə bağlı araşdırma aparılmasını tələb edib və hakimlər arasında olan danışıq qeydlərinə çıxış əldə etmək niyyətindədir.

“Barselona” həmçinin müvafiq tədbirlərin görülməsini istəyir. Bəyanatda vurğulanıb ki, bu, son illərdə Çempionlar Liqasında komandaya qarşı baş verən ilk belə hal deyil və anlaşılmaz hakim qərarları dəfələrlə mənfi təsir göstərərək ikili standartlar yaradıb.







Çempionlar liqası

Flikin qərarı Levandovskini məyus etdi
  • Çempionlar liqası
  • 22:57 09.04.2026
Flikin qərarı Levandovskini məyus etdi
PSJ doğma meydanda "Liverpul"a qalib gəldi
  • Çempionlar liqası
  • 01:50 09.04.2026
PSJ doğma meydanda "Liverpul"a qalib gəldi