10 aprel 2026. Cümə

“Premyer Liqa da Çempionlar Liqasına dəstək verməlidir”


“Premyer Liqa da Çempionlar Liqasına dəstək verməlidir”

İngiltərənin "Liverpul" klubu UEFA Çempionlar Liqasının 1/4 finalının ilk oyununda səfərdə PSJ komandası ilə qarşılaşıb və 0:2 hesabı ilə məğlub olub.

90deqiqe.Az xəbər verir ki, “qırmızılar”ın müdafiəçisi İbrahima Konate İngiltərə Premyer Liqasını tənqid edib:

“İstərdim ki, bizim Premyer Liqada da eyni cür olsun. Bir tərəfdən onların uğuruna sevinirəm. Çempionlar Liqasına qatılan komandaya liqanın dəstək verməsi yaxşı haldır. Ümid edirəm ki, Premyer Liqa da gələcəkdə belə edəcək. Niyə Çempionlar Liqasına qatılanlara kömək etməsin?” – deyə Konate "Stan Sport"a açıqlamasında bildirib.

Paris təmsilçiləri cavab oyununa hazırlaşacaq – onların Fransanın çempionatındakı qarşılaşması təxirə salınıb. Mersisayd klubu isə həftəsonu "Fulhem" ilə oyun keçirməlidir.“Liverpul” cavab oyununu 14 aprel tarixində öz meydanında PSJ ilə keçirəcək.







Çempionlar liqası

Flikin qərarı Levandovskini məyus etdi
  • Çempionlar liqası
  • 22:57 09.04.2026
Flikin qərarı Levandovskini məyus etdi
PSJ doğma meydanda "Liverpul"a qalib gəldi
  • Çempionlar liqası
  • 01:50 09.04.2026
PSJ doğma meydanda "Liverpul"a qalib gəldi