- Çempionlar liqası
- 23:42 09.04.2026
İspaniyanın "Barselona" klubu Çempionlar Liqasının 1/4 finalının ilk oyununda evdə "Atletiko Madrid" komandası ilə qarşılaşıb və 0:2 hesabı ilə məğlub olub.
90deqiqe.Az-ın "Sport"a istinadən məlumatına görə, ilk hissənin sonunda Pau Kubarsiın qırmızı vərəqə alması ilə kataloniyalılar azlıqda qalıblar. Fasilədə baş məşqçi Hans-Diter Flik Robert Levandovskii əvəz etmək məcburiyyətində qalıb.
Levandovski bu qərardan məyus olub. Polşalı hücumçu hesab edir ki, ikinci hissədə azlıqda da oyuna müsbət təsir göstərə bilərdi.Buna baxmayaraq, Flik ilə Levandovski arasında qarşılıqlı hörmətin qorunduğu vurğulanır.
“Barselona”nın növbəti matçı 11 aprel tarixində "Espanyol" ilə La Liqada keçiriləcək.