10 aprel 2026. Cümə

Kvaratsxeliya ardıcıl üçüncü matçda matçın ən yaxşısı oldu


Kvaratsxeliya ardıcıl üçüncü matçda matçın ən yaxşısı oldu

PSJ-nin cinah hücumçusu Xviça Kvaratsxeliya Çempionlar Liqasının 1/4 final mərhələsində "Liverpul"a qarşı keçirilən ilk oyunun (2:0) ən yaxşı futbolçusu seçilib.

90deqiqe.Az xəbər verir ki, bununla da gürcüstanlı vinger cari mövsümdə Çempionlar Liqasının pley-off mərhələsində keçirdiyi hər üç oyunda matçın ən yaxşısı olub.

Kvaratsxeliya daha əvvəl 1/8 finalda Çelsi ilə keçirilən hər iki görüşdə (5:2, 3:0) də ən yaxşı oyunçu seçilmişdi. Hücumçu bu üç matçda ümumilikdə 4 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Cari mövsümdə Kvaratsxeliya bütün yarışlarda 39 oyunda iştirak edib, 13 qol vurub və 8 məhsuldar ötürmə edib. Gürcüstan millisinin üzvünün bazar dəyəri 90 milyon avro qiymətləndirilir.

“Liverpul” ilə “PSJ” arasında cavab oyunu aprelin 14-də İngiltərədə, "Enfild" stadionunda keçiriləcək.







Çempionlar liqası

Flikin qərarı Levandovskini məyus etdi
  • Çempionlar liqası
  • 22:57 09.04.2026
Flikin qərarı Levandovskini məyus etdi
PSJ doğma meydanda "Liverpul"a qalib gəldi
  • Çempionlar liqası
  • 01:50 09.04.2026
PSJ doğma meydanda "Liverpul"a qalib gəldi