- Çempionlar liqası
- 23:58 11.04.2026
Almaniyanın “Bavariya” klubunun yarımmüdafiəçisi Leon Qoretska UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin “Real Madrid”ə qarşı cavab oyunu barədə fikirlərini bölüşüb.
90deqiqe.Az xəbər verir ki, təcrübəli futbolçu bildirib ki, komanda yaxşı formadadır və özünə güvənir:
“Biz yaxşı oynayırıq, özümüzü inamlı hiss edirik. Bu ciddi bir sınaqdır. İlk oyundakı qələbə bizi üstün vəziyyətə saldı, amma hələ görüləcək çox iş var. Təbii ki, hər futbolçu kimi mən də əsas heyətdə oynamaq istəyirəm, amma ehtiyac olarsa, ehtiyatdan və ya əlavə vaxtda komandaya kömək etməyə hazıram”.
Qeyd edək ki, “Bavariya” ilk oyunda Madrid “Santyaqo Bernabeu” stadionunda 2:1 hesabı ilə qələbə qazanıb.
Münhen təmsilçisi ötən həftə Bundesliqada “Sankt-Pauli”ni 5:0 hesabı ilə məğlub edib.
“Bavariya” və “Real Madrid” arasında cavab oyunu çərşənbə günü “Allyans Arena”da keçiriləcək və yarımfinala yüksələcək komanda müəyyənləşəcək.