14 avqust 2026. Cümə

“Real” “Bavariya” görüşü ərəfəsində bir futbolçu ilə bağlı qərarsızdır


“Real” “Bavariya” görüşü ərəfəsində bir futbolçu ilə bağlı qərarsızdır

Madrid “Real”ı çərşənbə günü Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyununda “Bavariya” ilə qarşılaşacaq.

90deqiqe.Az-ın "Diario AS"a istinadən məlumatına görə,  həlledici matç ərəfəsində klubda Eduardo Kamavinqa ilə bağlı şübhələr yaranıb. Yarımmüdafiəçi son “Jirona” ilə görüşdə göstərdiyi oyuna görə məşqçi heyətini tam qane etməyib və Aurelyen Tçuameni cəzalı olmasına baxmayaraq, əsas heyətdəki yerini itirə bilər.

“Real Madrid” ilk oyunda evdə 1:2 hesabı ilə məğlub olub və Münhendə qələbə qazanmaq məcburiyyətindədir.

“Bavariya” – “Real Madrid” oyunu Bakı vaxtı ilə 23:00-da başlayacaq. Cütün qalibi yarımfinalda “PSJ” və ya “Liverpul” komandası ilə qarşılaşacaq.







Çempionlar liqası

PSJ UEFA Super Kubokunun qalibi oldu
  • Çempionlar liqası
  • 00:58 13.08.2026
PSJ UEFA Super Kubokunun qalibi oldu