30 may 2026. Şənbə

PSJ “Enfild”də “Liverpul”u məğlub edərək yarımfinala yüksəldi


PSJ “Enfild”də “Liverpul”u məğlub edərək yarımfinala yüksəldi

UEFA Çempionlar Liqasının 2025/2026 mövsümünün 1/4 final mərhələsinin cavab oyunu başa çatıb.

 90deqiqe.Az xəbər verir ki, İngiltərənin “Liverpul” klubu Fransanın PSJ komandası ilə qarşılaşıb.

Görüş Liverpul şəhərində yerləşən “Enfild” stadionunda keçirilib. Matçın baş hakimi Mauritsio Mariani olub. Qarşılaşma qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

PSJ-də hücumçu Usman Dembele 73-cü dəqiqədə hesabı açıb, 90+1-ci dəqiqədə isə dubl edib.

İlk oyunda da PSJ “Liverpul”u 2:0 hesabı ilə məğlub etmişdi. Beləliklə, iki oyunun nəticəsinə əsasən fransız klubu 4:0 hesabı ilə üstün olub və yarımfinala yüksəlib. Paris klubu yarımfinalda “Real” (Madrid) – “Bavariya” cütünün qalibi ilə qarşılaşacaq.

PSJ-nin start heyətində meydana çıxan Rusiya millisinin qapıçısı Matvey Safonov görüşü qapısını toxunulmaz saxlayaraq tamamlayıb.

Qeyd edək ki, 1/8 final mərhələsində PSJ “Çelsi”ni iki oyunun nəticəsinə əsasən 8:2, “Liverpul” isə “Qalatasaray”ı 4:1 hesabı ilə mübarizədən kənarlaşdırmışdı.







Çempionlar liqası

“Qələbə istəyi bizi gücləndirir”
  • Çempionlar liqası
  • 23:46 29.05.2026
“Qələbə istəyi bizi gücləndirir”
“Bu kuboku qazanmaq istəyirik”
  • Çempionlar liqası
  • 23:38 29.05.2026
“Bu kuboku qazanmaq istəyirik”
“Tarix yazmaq istəyirik”
  • Çempionlar liqası
  • 23:34 29.05.2026
“Tarix yazmaq istəyirik”
“Final futbol bayramı olmalıdır”
  • Çempionlar liqası
  • 21:33 29.05.2026
“Final futbol bayramı olmalıdır”
“PSJ-yə qarşı cəsarətlə oynamalıyıq”
  • Çempionlar liqası
  • 21:21 29.05.2026
“PSJ-yə qarşı cəsarətlə oynamalıyıq”
“Şənbə günü Avropa çempionu olacağıq”
  • Çempionlar liqası
  • 22:42 25.05.2026
“Şənbə günü Avropa çempionu olacağıq”