30 may 2026. Şənbə

“Barselona” səfərdə “Atletiko”nu məğlub etsə də yarımfinala yüksələ bilməyib


“Barselona” səfərdə “Atletiko”nu məğlub etsə də yarımfinala yüksələ bilməyib

UEFA Çempionlar Liqasının 2025/2026 mövsümünün 1/4 final mərhələsinin cavab oyunu başa çatıb.

90deqiqe.Az-ın məlumatına görə, Madridin “Atletiko” klubu öz meydanında “Barselona”nı qəbul edib.

Görüş “Civitas Metropolitano” stadionunda keçirilib və matçı Kleman Tyürpen idarə edib. Qarşılaşma katalon klubunun 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Oyunun 4-cü dəqiqəsində Lamin Yamal hesabı açaraq “Barselona”nı önə keçirib. 24-cü dəqiqədə Ferran Torres fərqi artırıb. 31-ci dəqiqədə Adəmola Lukman “Atletiko”nun fərqi azaltmasına nail olub.

55-ci dəqiqədə Ferran Torres daha bir qol vursa da, ofsayd səbəbilə qol qeydə alınmayıb. 80-ci dəqiqədə “Barselona”nın müdafiəçisi Erik Qarsiya qırmızı vərəqə ilə meydandan qovulub.

İlk oyunda “Atletiko” 2:0 hesabı ilə qalib gəldiyi üçün iki matçın nəticəsinə əsasən Madrid klubu ümumi hesabda üstün olub və yarımfinala yüksəlib.

Yarımfinalda “Atletiko” “Arsenal” – “Sportinq” cütünün qalibi ilə qarşılaşacaq.

Qeyd edək ki, 1/8 finalda “Barselona” “Nyukasl”ı ümumi hesabda 8:3, “Atletiko” isə “Tottenhem”i 7:5 hesabı ilə mübarizədən kənarlaşdırmışdı.







Çempionlar liqası

“Qələbə istəyi bizi gücləndirir”
  • Çempionlar liqası
  • 23:46 29.05.2026
“Qələbə istəyi bizi gücləndirir”
“Bu kuboku qazanmaq istəyirik”
  • Çempionlar liqası
  • 23:38 29.05.2026
“Bu kuboku qazanmaq istəyirik”
“Tarix yazmaq istəyirik”
  • Çempionlar liqası
  • 23:34 29.05.2026
“Tarix yazmaq istəyirik”
“Final futbol bayramı olmalıdır”
  • Çempionlar liqası
  • 21:33 29.05.2026
“Final futbol bayramı olmalıdır”
“PSJ-yə qarşı cəsarətlə oynamalıyıq”
  • Çempionlar liqası
  • 21:21 29.05.2026
“PSJ-yə qarşı cəsarətlə oynamalıyıq”
“Şənbə günü Avropa çempionu olacağıq”
  • Çempionlar liqası
  • 22:42 25.05.2026
“Şənbə günü Avropa çempionu olacağıq”