31 may 2026. Bazar günü

“Hazırkı PSJ müdafiə olunmağı da bacarır”


“Hazırkı PSJ müdafiə olunmağı da bacarır”

"Yuventus" və İtaliya millisinin keçmiş futbolçusu Alessandro Del Piero Çempionlar Liqasında PSJ-nin oyunu ilə bağlı fikirlərini bildirib.  

90deqiqe.Az xəbər verir ki, "Sky Sports" sabiq futbolçunun dediklərini belə çatdırıb.

“PSJ yarımmüdafiə xəttinə daha çox yaradıcılıq və istedad yatırır, “Bavariya” isə daha balanslı, sabit və təşkilatlanmış komandadır. Bu iki komandanın potensial olaraq hər şeyi var. Hazırkı PSJ müdafiə olunmağı da bacarır – bu, Messi, Neymar və Mbappe ilə çıxış edən əvvəlki komanda deyil”, – deyə Del Piero bildirib.

Qeyd edək ki, Luis Enrikenin rəhbərlik etdiyi komanda 1/4 finalda “Liverpul”u iki oyunun nəticəsinə əsasən 4:0 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib.PSJ-nin yarımfinaldakı rəqibi “Bavariya” və ya Madrid “Real”ı olacaq. Münhen klubu ilk 1/4 final görüşündə səfərdə 2:1 hesabı ilə qalib gəlib, cavab oyunu isə 15 aprel tarixində keçiriləcək.







Çempionlar liqası

PSJ Çempionlar Liqasının qalibi oldu
  • Çempionlar liqası
  • 23:06 30.05.2026
PSJ Çempionlar Liqasının qalibi oldu
“Qələbə istəyi bizi gücləndirir”
  • Çempionlar liqası
  • 23:46 29.05.2026
“Qələbə istəyi bizi gücləndirir”
“Bu kuboku qazanmaq istəyirik”
  • Çempionlar liqası
  • 23:38 29.05.2026
“Bu kuboku qazanmaq istəyirik”
“Tarix yazmaq istəyirik”
  • Çempionlar liqası
  • 23:34 29.05.2026
“Tarix yazmaq istəyirik”
“Final futbol bayramı olmalıdır”
  • Çempionlar liqası
  • 21:33 29.05.2026
“Final futbol bayramı olmalıdır”
“PSJ-yə qarşı cəsarətlə oynamalıyıq”
  • Çempionlar liqası
  • 21:21 29.05.2026
“PSJ-yə qarşı cəsarətlə oynamalıyıq”