16 aprel 2026. Cümə axşamı

“Arsenal” Çempionlar Liqasının yarımfinalında


“Arsenal” Çempionlar Liqasının yarımfinalında

UEFA Çempionlar Liqasının 2025/2026 mövsümünün 1/4 final mərhələsinin cavab görüşü başa çatıb.

90deqiqe.Az-ın məlumatına görə, Londonda keçirilən qarşılaşmada İngiltərənin “Arsenal” klubu Portuqaliyanın “Sportinq” komandası ilə üz-üzə gəlib.

“Emirates” stadionunda baş tutan matç qolsuz heç-heçə ilə yekunlaşıb – 0:0. İlk oyunda isə “Arsenal” səfərdə 1:0 hesabı ilə qələbə qazanmışdı. Görüşün baş hakimi Fransadan Fransua Leteksye olub.

Bu nəticədən sonra “Arsenal” yarımfinala yüksəlib və növbəti mərhələdə İspaniyanın “Atletiko” klubu ilə qarşılaşacaq.

Turnirin final oyunu Macarıstanın Budapeşt şəhərində yerləşən “Puşkaş Arena”da keçiriləcək. Həlledici qarşılaşma 2026-cı il mayın 30-da baş tutacaq.

Hazırkı Çempionlar Liqasının qalibi Fransanın  PSJ klubudur.







Çempionlar liqası