31 may 2026. Bazar günü

“Bavariya” “Real Madrid”i məğlub edərək Çempionlar Liqasının yarımfinalına yüksəldi


“Bavariya” “Real Madrid”i məğlub edərək Çempionlar Liqasının yarımfinalına yüksəldi

UEFA Çempionlar Liqasının 2025/2026 mövsümünün 1/4 final mərhələsinin cavab görüşü başa çatıb.

90deqiqe.Az-ın məlumatına görə, Münhendə keçirilən qarşılaşmada Almaniyanın “Bavariya” klubu İspaniyanın “Real Madrid” komandası ilə üz-üzə gəlib. Matç “Arena Münhen” stadionunda oynanılıb. Görüşün baş hakimi Slavko Vinçiç olub. Oyun Münhen təmsilçisinin 4:3 hesablı qələbəsi ilə yekunlaşıb.

Matçda hesabı “Real Madrid”in yarımmüdafiəçisi Arda Gülər erkən açıb. O, qarşılaşmanın 1-ci dəqiqəsində qapıçı Manuel Noyerin səhvindən istifadə edərək fərqlənib. Ev sahiblərindən Aleksandar Pavloviç 6-cı dəqiqədə hesabı bərabərləşdirib. Gülər 29-cu dəqiqədə cərimə zərbəsindən ikinci qolunu vuraraq Madrid klubunu yenidən önə çıxarıb. “Bavariya”nın hücumçusu Harri Keyn 38-ci dəqiqədə hesabı 2:2 edib. Kilian Mbappe 42-ci dəqiqədə “Real Madrid”i yenidən önə keçirib.

İkinci hissədə 86-cı dəqiqədə “Real Madrid”in yarımmüdafiəçisi Eduardo Kamavinqa qırmızı vərəqə alaraq meydandan uzaqlaşdırılıb. 89-cu dəqiqədə Luis Dias hesabı bərabərləşdirib, 90+4-cü dəqiqədə isə Maykl Olise qələbə qolunu vurub.

İlk oyunda “Bavariya” 2:1 hesabı ilə qalib gəlmişdi. Bu nəticədən sonra Münhen klubu iki oyunun cəmində üstünlük qazanaraq yarımfinala yüksəlib və turnirin növbəti mərhələsində Fransanın PSJ klubu ilə qarşılaşacaq.

1/8 final mərhələsində “Real Madrid” iki oyunun cəmində “Mançester Siti”ni 5:1 hesabı ilə məğlub etmişdi. Eyni mərhələdə “Bavariya” isə “Atalanta”nı ümumi hesabda 10:2 ilə üstələmişdi.







Çempionlar liqası

PSJ Çempionlar Liqasının qalibi oldu
  • Çempionlar liqası
  • 23:06 30.05.2026
PSJ Çempionlar Liqasının qalibi oldu
“Qələbə istəyi bizi gücləndirir”
  • Çempionlar liqası
  • 23:46 29.05.2026
“Qələbə istəyi bizi gücləndirir”
“Bu kuboku qazanmaq istəyirik”
  • Çempionlar liqası
  • 23:38 29.05.2026
“Bu kuboku qazanmaq istəyirik”
“Tarix yazmaq istəyirik”
  • Çempionlar liqası
  • 23:34 29.05.2026
“Tarix yazmaq istəyirik”
“Final futbol bayramı olmalıdır”
  • Çempionlar liqası
  • 21:33 29.05.2026
“Final futbol bayramı olmalıdır”
“PSJ-yə qarşı cəsarətlə oynamalıyıq”
  • Çempionlar liqası
  • 21:21 29.05.2026
“PSJ-yə qarşı cəsarətlə oynamalıyıq”