31 may 2026. Bazar günü

Çempionlar Liqasında yarımfinal cütlükləri müəyyənləşdi


Çempionlar Liqasında yarımfinal cütlükləri müəyyənləşdi

Bu gün UEFA Çempionlar Liqasının 2025/2026 mövsümünün yarımfinal cütlükləri müəyyənləşib.

90deqiqe.Az-ın məlumatına görə,“Bavariya” 1/4 finalın cavab oyununda  “Real” klubunu 4:2 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib. İngiltərənin “Arsenal” klubu isə ilk oyunda 1:0 hesablı qələbədən sonra cavab görüşündə Portuqaliyanın “Sportinq” komandası ilə 0:0 heç-heçə edib və növbəti mərhələyə adlayıb.

Ötən oyun gününün nəticələrinə əsasən, Madridin “Atletiko” klubu iki oyunun cəmində “Barselona”dan üstün olub (2:0, 1:2). Fransanın PSJ klubu isə “Liverpul”a qarşı hər iki görüşdə qələbə qazanaraq (2:0, 2:0) yarımfinala vəsiqə əldə edib.

Beləliklə, yarımfinal cütlükləri aşağıdakı kimi formalaşıb:
“PSJ” – “Bavariya”
“Atletiko” – “Arsenal”

Yarımfinal mərhələsinin ilk oyunları aprelin 28 və 29-da keçiriləcək.

Hazırkı Çempionlar Liqasının qalibi PSJ klubudur. Ötən mövsümün finalında Fransa təmsilçisi “İnter”i 5:0 hesabı ilə məğlub edərək kuboku qazanmışdı.







Çempionlar liqası

PSJ Çempionlar Liqasının qalibi oldu
  • Çempionlar liqası
  • 23:06 30.05.2026
PSJ Çempionlar Liqasının qalibi oldu
“Qələbə istəyi bizi gücləndirir”
  • Çempionlar liqası
  • 23:46 29.05.2026
“Qələbə istəyi bizi gücləndirir”
“Bu kuboku qazanmaq istəyirik”
  • Çempionlar liqası
  • 23:38 29.05.2026
“Bu kuboku qazanmaq istəyirik”
“Tarix yazmaq istəyirik”
  • Çempionlar liqası
  • 23:34 29.05.2026
“Tarix yazmaq istəyirik”
“Final futbol bayramı olmalıdır”
  • Çempionlar liqası
  • 21:33 29.05.2026
“Final futbol bayramı olmalıdır”
“PSJ-yə qarşı cəsarətlə oynamalıyıq”
  • Çempionlar liqası
  • 21:21 29.05.2026
“PSJ-yə qarşı cəsarətlə oynamalıyıq”