- Çempionlar liqası
- 01:08 29.04.2026
Hazırda PSJ klubu Çempionlar Liqasının yarımfinalında “Bavariya” ilə ev oyununda qarşılaşır.
90deqiqe.Az xəbər verir ki, Parisdə keçirilən matçla bağlı Fransa Prezidenti Emmanuel Makron fikirlərini bölüşüb.
“Mən ‘Marsel’i dəstəkləyirəm, amma bu axşam PSJ oynayır, ona görə də PSJ-ni dəstəkləyəcəyəm. Düşünürəm ki, onlar 3:1 hesabı ilə qalib gələcəklər!” – deyə Makron bildirib.
Turnirin yarımfinalına qədər Luis Enrikenin komandası iki İngiltərə klubunu – “Çelsi” və “Liverpul”u, həmçinin “Monako”nu mübarizədən kənarlaşdırıb.
“Bavariya” isə pley-off mərhələsində İtaliyanın “Atalanta” və Madrid “Real” klublarını keçib.
Qeyd edək ki, hazırda davam edən PSJ– “Bavariya” oyununda parislilər 3:2 hesabı ilə öndədir.