- Çempionlar liqası
- 01:08 29.04.2026
UEFA Çempionlar Liqasının 2025/2026 mövsümünün yarımfinal mərhələsində keçirilən PSJ (Fransa) – “Bavariya” (Almaniya) ilk oyunu başa çatıb.
90deqiqe.Az-ın məlumatına görə, görüşdə Paris klubu 5:4 hesabı ilə qələbə qazanıb. Matç Parisdəki “Park de Prens” stadionunda keçirilib. Oyunu İsveçrədən olan baş hakim Sando Şerer idarə edib.
17-ci dəqiqədə Harri Keyn penalti zərbəsini dəqiq yerinə yetirərək Münhen klubunu önə çıxarıb. 25-ci dəqiqədə Xviça Kvaratsxeliya hesabı bərabərləşdirib. 33-cü dəqiqədə Joau Neveş parisliləri önə keçirib. 41-ci dəqiqədə Maykl Olise hesabı 2:2 edib. 45+5-ci dəqiqədə Ousman Dembele penalti ilə Paris klubunu yenidən irəli çıxarıb.
56-cı dəqiqədə Xviça Kvaratsxeliya dubl edib. 58-ci dəqiqədə Ousman Dembele fərqi artıraraq hesabı 5:2 edib. 65-ci dəqiqədə Deotşankül Yupanekamo “Bavariya”nın üçüncü qolunu vurub. 69-cu dəqiqədə Luis Dias fərqi minimuma endirib.
Tərəflər arasında cavab oyunu 6 may tarixində keçiriləcək və Münhendə “Arena Münhen” stadionunda baş tutacaq.
Turnirin 1/4 final mərhələsində Paris klubu iki oyunun nəticəsinə görə “Liverpul”u 4:0 hesabı ilə mübarizədən kənarlaşdırıb. Eyni mərhələdə “Bavariya” isə Madrid “Real”ını ümumi hesabda 6:4 ilə keçib.