15 iyun 2026. Bazar ertəsi

“Başqa klubların futbolçularını müzakirə etmirəm”


“Başqa klubların futbolçularını müzakirə etmirəm”

“Arsenal” klubunun baş məşqçisi Mikel Arteta “Atletiko” klubunun hücumçusu Xulian Alvaresin mümkün transferi ilə bağlı sualı cavablandırıb.

 90deqiqe.Az xəbər verir ki, oyundan öncə keçirilən mətbuat konfransında jurnalistlər Artetadan argentinalı forvardla maraqlanmaları barədə münasibət öyrənmək istəyiblər. İspan mütəxəssis isə birbaşa cavabdan yayınıb.

“Başqa klubların futbolçuları barədə nə danışmağı planlaşdırıram, nə də bunu etməyə borcluyam”, – deyə Arteta bildirib.

Xulian Alvareslə ən ciddi maraqlanan klub kimi “Barselona” göstərilir.

Qeyd edək ki, bu gün “topçular” İspaniya paytaxtında “Atletiko” ilə UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyununda üz-üzə gələcəklər.“Atletiko” – “Arsenal” qarşılaşması Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.







Çempionlar liqası

PSJ Çempionlar Liqasının qalibi oldu
  • Çempionlar liqası
  • 23:06 30.05.2026
PSJ Çempionlar Liqasının qalibi oldu
“Qələbə istəyi bizi gücləndirir”
  • Çempionlar liqası
  • 23:46 29.05.2026
“Qələbə istəyi bizi gücləndirir”
“Bu kuboku qazanmaq istəyirik”
  • Çempionlar liqası
  • 23:38 29.05.2026
“Bu kuboku qazanmaq istəyirik”