30 sentyabr 2026. Çərşənbə

“Bavariya” 31 ildən sonra ilk dəfə avrokubokda 5 qol buraxıb


“Bavariya” 31 ildən sonra ilk dəfə avrokubokda 5 qol buraxıb

“Bavariya” UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyununda “PSJ”yə 4:5 hesabı ilə məğlub olub.

90deqiqe.Az-ın “Opta”ya istinadən məlumatına görə,  bu, son 31 ildə “Bavariya”nın avrokubok matçında qapısında beş qol gördüyü ilk haldır. Münhen təmsilçisi sonuncu dəfə 1995-ci ilin aprelində yarımfinalda “Ayaks”a 2:5 hesabı ilə uduzmuşdu.

6 may tarixində “Bavariya” cavab oyununda doğma meydanda “PSJ”ni qəbul edəcək.

Cütün qalibi finalda Madridin “Atletiko” və ya Londonun “Arsenal” klublarından biri ilə qarşılaşacaq.







Çempionlar liqası

 “Modriç, Kazemiro və Kroos olsaydı...”
  • Çempionlar liqası
  • 23:38 11.09.2026
“Modriç, Kazemiro və Kroos olsaydı...”