14 avqust 2026. Cümə

“Bavariya”nın hücum üçlüyü mövsümdə 100 qola çatıb


“Bavariya”nın hücum üçlüyü mövsümdə 100 qola çatıb

“Bavariya”nın hücum üçlüyü cari mövsümdə 100 qol həddinə çatıb.

90deqiqe.Az-ın məlumatına görə, Harri Keyn, Maykl Olise və Luis Dias UEFA Çempionlar Liqasının yarımfinalında “PSJ” ilə keçirilən və 4:5 hesabı ilə başa çatan matçda da fərqləniblər. İngilis hücumçu bir qol və bir məhsuldar ötürmə ilə yadda qalıb, Olise və Dias isə hərəyə bir dəfə rəqib qapısını məyus ediblər.

Beləliklə, üç futbolçunun cari mövsümdə bütün turnirlər üzrə ümumi qollarının sayı 100-ə yüksəlib. Keyn 46 oyunda 54 qol, Dias eyni sayda matçda 26 qol, Olise isə 47 qarşılaşmada 20 qol vurub.

Qeyd edək ki, “Bavariya” ilə “PSJ” arasında cavab oyunu 6 mayda Münhendə keçiriləcək. Cütün qalibi finalda “Arsenal” və ya “Atletiko” klublarından biri ilə qarşılaşacaq.







Çempionlar liqası

PSJ UEFA Super Kubokunun qalibi oldu
  • Çempionlar liqası
  • 00:58 13.08.2026
PSJ UEFA Super Kubokunun qalibi oldu