- Çempionlar liqası
- 23:17 29.04.2026
“Arsenal” Çempionlar Liqasında öz rekordunu təkrarlamağa çox yaxındır.
90deqiqe.Az-ın məlumatına görə, London klubunun aktivində bu turnirdə 12 oyunluq məğlubiyyətsiz seriya var.
Hazırda Mikel Artetanın komandası yarımfinalın ilk matçında səfərdə Madrid “Atletiko”su ilə qarşılaşır. Əgər “Arsenal” bu oyunda məğlub olmasa, seriya 13 matça yüksələcək.
Bu göstərici ilə klub 2005-ci ilin martından 2006-cı ilin aprelinədək davam edən eyni uzunluqlu məğlubiyyətsiz seriyasını təkrarlamış olacaq. Bu barədə BBC məlumat yayıb.
Həmin rekord seriya “Arsenal”ı 2006-cı il Çempionlar Liqasının finalına qədər aparmış, lakin komanda finalda “Barselona”ya 1:2 hesabı ilə məğlub olmuşdu.