30 aprel 2026. Cümə axşamı

“Atletiko” – “Arsenal” qarşılaşmasında qalib müəyyənləşmədi


“Atletiko” – “Arsenal” qarşılaşmasında qalib müəyyənləşmədi

UEFA Çempionlar Liqasının 2025/2026 mövsümünün yarımfinal mərhələsinin ilk oyunu başa çatıb.

90deqiqe.Az-ın məlumatına görə, Madridin “Riyad Air Metropolitano” stadionunda keçirilən görüşdə “Atletiko” və “Arsenal” 1:1 hesablı heç-heçə edib. Qarşılaşmanı baş hakim Danni Makkeli idarə edib.

Oyunda hesabı 44-cü dəqiqədə “Arsenal”ın hücumçusu Viktor Qyökereş penalti zərbəsini dəqiq yerinə yetirərək açıb. İkinci hissədə, 56-cı dəqiqədə ev sahibinin forvardı Xulian Alvares 11 metrlik cərimə zərbəsindən fərqlənərək tarazlığı bərpa edib.

Komandalar arasında cavab oyunu 5 may tarixində Londondakı “Emirates” stadionunda keçiriləcək.

Qeyd edək ki, 1/4 final mərhələsində “Atletiko” ümumi hesabda “Barselona”nı 3:2, “Arsenal” isə “Sportinq”i 1:0 hesabı ilə mübarizədən kənarlaşdırıb.







Çempionlar liqası

Alvares Messini geridə qoydu
  • Çempionlar liqası
  • 01:09 30.04.2026
Alvares Messini geridə qoydu
Şevalye “Bavariya” ilə oyunu buraxacaq
  • Çempionlar liqası
  • 22:24 29.04.2026
Şevalye “Bavariya” ilə oyunu buraxacaq
Könül Mehdiyeva UEFA-dan növbəti təyinat aldı
  • Çempionlar liqası
  • 15:51 29.04.2026
Könül Mehdiyeva UEFA-dan növbəti təyinat aldı