15 iyun 2026. Bazar ertəsi

Alvares Messini geridə qoydu


Alvares Messini geridə qoydu

“Atletiko Madrid”in hücumçusu Xulian Alvares UEFA Çempionlar Liqası tarixində ən sürətli Cənubi Amerikalı futbolçu rekorduna imza atıb.

90deqiqe.Az-ın “Opta Sports”a istinadən məlumatına görə, argentinalı forvard turnirdə 25 qola cəmi 41 oyunda çatıb. Bu göstərici ilə o, 42 matçda eyni nəticəyə çatan Lionel Messini geridə qoyub.

Alvares bu uğura Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyununda “Arsenal”a qarşı keçirilən görüşdə imza atıb. Madrid şəhərindəki “Riyad Air Metropolitano” stadionunda keçirilən matçda hücumçu penalti zərbəsini dəqiq yerinə yetirərək hesabı bərabərləşdirib.

Qarşılaşmanı Niderlanddan olan hakim Danni Makkeli idarə edib. Oyunun cavab matçı 5 may tarixində Londondakı “Emirates” stadionunda keçiriləcək.

Qeyd edək ki, 1/4 finalda “Atletiko” ümumi hesabda “Barselona”nı 3:2, “Arsenal” isə “Sportinq”i 1:0 hesabı ilə mübarizədən kənarlaşdırıb.







Çempionlar liqası

PSJ Çempionlar Liqasının qalibi oldu
  • Çempionlar liqası
  • 23:06 30.05.2026
PSJ Çempionlar Liqasının qalibi oldu
“Qələbə istəyi bizi gücləndirir”
  • Çempionlar liqası
  • 23:46 29.05.2026
“Qələbə istəyi bizi gücləndirir”
“Bu kuboku qazanmaq istəyirik”
  • Çempionlar liqası
  • 23:38 29.05.2026
“Bu kuboku qazanmaq istəyirik”