14 avqust 2026. Cümə

Xulian Alvaresdən Çempionlar Liqasında tarixi göstərici


Xulian Alvaresdən Çempionlar Liqasında tarixi göstərici

"Atletiko Madrid" klubunun hücumçusu Xulian Alvares Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyununda "Arsenal" klubu ilə matçda fərqlənib (1:1).

90deqiqe.Az-ın məlumatına görə, bu qol sayəsində argentinalı forvard cari mövsümdə “Atletiko” tarixində bir ilkə imza atıb. O, klubun bir mövsümdə turnirdə 10 qol vuran ilk futbolçusu olub.

Alvares bu mövsüm bütün turnirlərdə 48 oyuna çıxıb, 20 qol vurub və 9 məhsuldar ötürmə ilə yadda qalıb. Futbolçunun Madrid təmsilçisi ilə müqaviləsi 2030-cu il iyunun 30-na qədər qüvvədədir.

Qeyd edək ki, tərəflər arasında cavab oyunu 5 may tarixində Londonda, “Emireyts” stadionunda keçiriləcək.







Çempionlar liqası

PSJ UEFA Super Kubokunun qalibi oldu
  • Çempionlar liqası
  • 00:58 13.08.2026
PSJ UEFA Super Kubokunun qalibi oldu