28 mart 2026. Şənbə

Simeone Del Boskeni geridə qoydu


Simeone Del Boskeni geridə qoydu
Atletiko Madrid Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turunda “Lokomotiv Moskva”nı məğlub edib – 2:0.

Corner.az xarici mətbuata istinadən xəbər verir ki, sözügedən görüş Madrid klubunun baş məşqçisi Dieqo Simeone üçün əlamətdar olub. 
 
Argentinalı mütəxəssis “Atletiko” ilə ÇL-də 35-ci qələbəsini qazanıb. O, bununla da, İspaniya komandaları ilə ÇL-də ən çox qələbə qazanan baş məşqçi ünvanını əldə edib.
 
Simeonedən əvvəl bu rekord Visente del Boskeyə aid idi. O, “Real”la ÇL-də 34 qələbə qazanmışdı.
 
Simeone ümumilikdə Çempionlar Liqasında bir komanda ilə ən çox qələbə qazanan baş məşqçilər sıralamısanda 6-cı yerdədir. Siyahının ilk pilləsində “Mançester Yunayted”in sabiq baş məşqçisi Aleks Ferqyusondur. O, “qırmızı şeytanlar”la ÇL-də 102 qələbə qazanıb.






Çempionlar liqası

"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
  • Çempionlar liqası
  • 23:48 20.03.2026
"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
“Barselona” Avropanı qorxuya saldı"
  • Çempionlar liqası
  • 12:29 20.03.2026
“Barselona” Avropanı qorxuya saldı"