- Çempionlar liqası
- 22:52 01.05.2026
PSJ-nin baş məşqçisi Luis Enrike komandasının "Bavariya" ilə keçirdiyi oyundan sonra səsləndirilən tənqidlərə münasibət bildirib.
90deqiqe.Az-ın məlumatına görə, təcrübəli çalışdırıcı qeyd edib ki, futbol haqqında fərqli fikirlərin olması normaldır:
“Belədir həyat, hər yerdə fərqli fikirlər var. Əgər bu mənfi fikirdirsə, ona hörmət etməyə səbəb yoxdur. Elə insanlar var ki, futbolda belə oyunu sevirlər və onların sayı çoxdur, mən də onlardan biriyəm. Biz göstərdik ki, çoxluq bu matçdan zövq aldı və bu ən vacib məqamdır”
Mütəxəssis həmçinin yüksək səviyyəli oyundan danışaraq vurğulayıb:
“Hər iki komandanın, xüsusilə hücumçuların səviyyəsi çox yüksək idi. 5:4 hesabı müdafiə baxımından zəif görünə bilər, amma biz turnirin ən yaxşı müdafiə olunan komandalarından biriyik, Arsenal ilə birlikdə. Bu tamamilə fərqli bir oyun idi və mənim üçün PSJ-də çalışdığım müddətdə qarşılaşdığım ən güclü rəqib idi.”
Enrike əlavə edib ki, bu oyunun təhlili adi matçlardan daha çox vaxt aparıb:
“Adətən analizə 3 saat sərf edirəmsə, bu oyuna 5 saat sərf etdim. Meydanda həm hücumda, həm də müdafiədə inanılmaz anlar oldu. Heç bir ciddi müdafiə səhvi yox idi, bu da matçı daha möhtəşəm etdi. Həm Keyn, həm də Dembele müdafiədə necə oynayırdı – inanılmaz idi. Hər iki komandanı təbrik etmək lazımdır.”
Qeyd edək ki, UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyununda PSJ rəqibini 5:4 hesabı ilə məğlub edib. Cavab qarşılaşması mayın 6-da Münhendə keçiriləcək.