- Çempionlar liqası
- 23:01 04.05.2026
UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyununa hakim təyinatları açıqlanıb.
90deqiqe.Az UEFA-nın saytına istinadla xəbər verir ki, Portuqaliyadan olan FIFA referisi Joao Pinheiru “Bavariya” ilə “PSJ” arasında keçiriləcək cavab yarımfinal görüşünü idarə edəcək. Qarşılaşma gələn çərşənbə günü baş tutacaq. İlk oyunda Paris təmsilçisi 5:4 hesabı ilə qələbə qazanıb.
38 yaşlı hakim indiyədək Çempionlar Liqasında “Bavariya”nın iki oyununu idarə edib və hər iki matçda alman klubu qələbə qazanıb: bu mövsüm PSV-yə qarşı səfərdə 2:1, ötən mövsüm isə Bratislava “Slovan”ına qarşı 3:1 hesabı ilə.
PSV ilə oyunda portuqaliyalı referinin göstərdiyi sarı vərəqə nəticəsində bir futbolçu cavab matçını buraxmalı olmuşdu.
Digər yarımfinalın cavab görüşü isə çərşənbə axşamı “Arsenal” və “Atletiko Madrid” arasında keçiriləcək. İlk oyun 1:1 hesabı ilə yekunlaşıb. Bu qarşılaşmanı almaniyalı FIFA referisi Daniel Zibertin başçılıq etdiyi hakimlər briqadası idarə edəcək.