- Çempionlar liqası
- 23:01 04.05.2026
“Atletiko”nun baş məşqçisi Dieqo Simeone UEFA Çempionlar Liqasının yarımfinalında “Arsenal”a qarşı keçiriləcək cavab oyunu ilə bağlı fikirlərini bölüşüb.
90deqiqe.Az xəbər verir ki, argentinalı çalışdırıcı bu barədə UEFA-nın mətbuat xidmətinə açıqlamasında danışıb.
“Biz oyunun tələblərinə uyğun şəkildə çıxış etməyə çalışacağıq ki, futbolçular maksimum səviyyələrini göstərə bilsinlər. Nə istədiyimizi bilirik və buna əminik. Lakin hər şey bizdən asılı olmayacaq”.
Simeone əlavə edib ki, “Atletiko”nun oyuna konkret planı var və komanda bu planı meydanda həyata keçirməyə çalışacaq.
Qeyd edək ki, ilk görüş İspaniyanın paytaxtında baş tutub və 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
“Arsenal” – “Atletiko” cavab görüşü mayın 5-də “Emirates” stadionunda keçiriləcək. Matç Bakı vaxtı ilə 23:00-da başlayacaq.