- Çempionlar liqası
- 23:59 05.05.2026
PSJ-nin baş məşqçisi Luis Enrike Çempionlar Liqasının yarımfinalında “Bavariya”ya qarşı keçiriləcək oyun barədə fikirlərini bölüşüb.
90deqiqe.Az-ın məlumatına görə, təcrübəli çalışdırıcı bu barədə jurnalistlərə açıqlamasında deyib.
“Hər iki komanda mövsüm ərzində, bizim halda isə son iki mövsümdə çətin anların öhdəsindən gəlmək bacarığını nümayiş etdirib. Biz indi hər zamankından daha rəqabətədavamlı olmalıyıq. Belə oyunlara baxanda Rafael Nadalın dedikləri yadıma düşür. O, Novak Cokoviç və Rocer Federerə qarşı qarşılaşmaların onun üçün motivasiya olduğunu söyləmişdi. O, özünü inkişaf etdirmək üçün imkan görürdü. Biz də həm atmosferi, həm də möhtəşəm futbol oynayan rəqibi üstələməyə çalışacağıq”
Xatırladaq ki, PSJ ilə “Bavariya” arasında keçirilən ilk oyun Paris klubunun 5:4 hesablı qələbəsi ilə başa çatıb.