14 avqust 2026. Cümə

“Bavariya” oyun tərzini dəyişməyəcək"


“Bavariya” oyun tərzini dəyişməyəcək"

 

“Bavariya”nın müdafiəçisi Conatan Ta Çempionlar Liqasının cavab oyununda PSJ ilə qarşılaşma öncəsi açıqlama verib.

90deqiqe.Az xəbər verir ki, təcrübəli futbolçu bu barədə UEFA-nın mətbuat xidmətinə açıqlamasında danışıb. 

“Məhz oyun tərzimiz sayəsində hazırda bu mərhələdəyik. Heç nəyi dəyişməyə ehtiyac yoxdur. Biz baxımlı və hücum futbolu oynamaq istəyirik. Təbii ki, bu, böyük enerji tələb edir, amma bizim yolumuz budur və bundan geri çəkilməyəcəyik.”

Qeyd edək ki, oyun 6 may axşamı, Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.İlk oyunda “Bavariya” 4:5 hesabı ilə məğlub olub.

  







Çempionlar liqası

PSJ UEFA Super Kubokunun qalibi oldu
  • Çempionlar liqası
  • 00:58 13.08.2026
PSJ UEFA Super Kubokunun qalibi oldu